AEBA: "İran "altılıq"la razılaşmanın həyata keçirilməsi üçün hazırlıqları başa çatdırmalıdır"

AEBA: "İran "altılıq"la razılaşmanın həyata keçirilməsi üçün hazırlıqları başa çatdırmalıdır"
17:57 15 Dekabr 2015
18 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ "Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (BAEA) İranı "altılıq"la razılaşmanın həyata keçirilməsi üçün hazırlıqları başa çatdırmağa çağırır".
"Report" TASS-a istinadən xəbər verir ki, bu sözləri agentliyin baş direktoru Yukiya Amano AEBA İdarə Heyətinin iclasında deyib.
Onun sözlərinə görə, rəsmi Tehran öhdəliklərini tam yerinə yetirdikdən sonra AEBA İdarə Heyətinə ayrıca hesabat təqdim olunacaq.
Y.Amano eyni zamanda qeyd edib ki, İranın birgə geniş tədbirlər planı çərçivəsində təminat və digər öhdəliklərlə bağlı əlavə protokol normalarını necə yerinə yetirməsinə nəzarət etmək əlavə maliyyə vəsaitlərinin cəlb olunmasını tələb edir. Baş direktor müvafiq hesabatları 2016-cı ilin yanvarında təqdim edəcəyini açıqlayıb.

Xəbərin orijinal ünvanı: http://report.az/region/baea-i-ran-altiliq-la-razilasmanin-heyata-kecirilmesi-ucun-hazirliqlari-basa-catdirmalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR