“Toshiba” şirkəti 7 minə yaxın əməkdaşı ixtisar edəcək

“Toshiba” şirkəti 7 minə yaxın əməkdaşı ixtisar edəcək
18:08 15 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Maliyyə çətinlikləri ilə üzləşən Yaponiyanın “Toshiba” elektrotexnika şirkəti ölkə daxilində və xarici ölkələrdə fəaliyyət göstərən müəssisələrində 7 minə yaxın əməkdaşı ixtisar etmək niyyətindədir.
AZƏRTAC “tass.ru” saytına istinadən xəbər verir ki, işçilərin soyuducu və digər məişət texnikası, həmçinin televizor və fərdi kompyuter istehsalı sahələrindən “könüllü” azad olunması nəzərdə tutulur.
“Toshiba” bir müddət əvvəl rəhbərliyin hesabatı saxtalaşdırmaqla səhmdarlardan gəlirlərin azaldılmasını gizlətməsinə görə yaranan böyük qalmaqal yaşayıb. Bu hadisə şirkətin mövqeyinə xələl gətirib. Yaponiya istehsalçısı, həmçinin İndoneziyada yerləşən televizor istehsalı üzrə zavodu satmaq və bu biznesi tam tərk etməyi planlaşdırır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Toshiba_sirketi_7_mine_yaxin_emekdasi_ixtisar_edecek-911480

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR