“Bakcell” şirkəti “AmCham Azerbaijan”ın mükafatını alıb

“Bakcell” şirkəti “AmCham Azerbaijan”ın mükafatını alıb
18:23 15 Dekabr 2015
18 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
“Bakcell” şirkətinin həyata keçirdiyi üç layihə Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) “CSR Excellence Award” mükafatına layiq görülüb. Mükafat “Təhsil”, “Korporativ filantropiya” və “Dayanıqlılıq” kateqoriyaları üzrə müəyyənləşdirilib.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, “Təhsil” və “Korporativ filantropiya” kateqoriyaları üzrə təqdim olunan “TOPs proqramı”, həmçinin “Mançester Yunayted Futbol Məktəbi” layihəsi 1-ci yerə layiq görülüb. Dayanıqlılıq kateqoriyası üzrə təqdim olunan “AppLab” layihəsi isə üçüncü yerdədir.
“CSR Excellence Award” Azərbaycanda Korporativ Sosial Məsuliyyət sahəsində verilən əsas mükafatdır. Mütəxəssislər qrupu tərəfindən 31 şirkətin təqdim etdiyi 55 layihə qiymətləndirilərək, bu mükafata namizədlər seçilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakcell_sirketi_AmCham_Azerbaijanin_mukafatini_alib-911486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR