Deputatın qohumu iki tələbə qızı vurdu - FOTO

Deputatın qohumu iki tələbə qızı vurdu - FOTO
18:27 15 Dekabr 2015
73 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Tükəzban Cahangirova idarə etdiyi avtomobillə LDU-nun iki tələbəsini vurub.

Milli.Az-ın report-a istinadən xəbərinə görə, hadisə universitetin tədris korpusunun qarşısında baş verib.

Şahidlərin bildirdiyinə görə, qulaqcıqdan istifadə edən qızlar nəqliyyat vasitəsini görməyiblər. Hər iki tələbə xəstəxanaya aparılıb. Onların ciddi xəsarət almadığı bildirilir.

Faktla bağlı Dövlət Yol Polisi İdarəsində (DYPİ) araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən pedaqogika üzrə fəlsəfə doktoru, şair-publisist Tükəzban Cahangirova deputat Hüseynbala Mirələmovun qohumudur.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/390511.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR