Xalça Muzeyində xeyriyyə aksiyası keçiriləcək

Xalça Muzeyində xeyriyyə aksiyası keçiriləcək
18:28 15 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Azərbaycan Xalça Muzeyində “Xeyr deməyin, xeyir eləyin!” adlı xeyriyyə aksiyası keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, aksiyanın açılışı dekabrın 18-də baş tutacaq və 20-dək davam edəcək. Aksiya çərçivəsində satış-sərgi də təşkil olunacaq.
Xeyriyyə aksiyasında “Sehrli aləm” Cəmiyyətinin üzvü rəssam dizayner, Moldovalı, əslən Qaqauz türkü olan Kirçu Yekaterinanın hazırladığı “Yeni il aksesuarları”nın sərgi və satışı həyata keçiriləcək. Müəllif parça, şüşə və taxta üzərində işləmə, dekorasiya, yeni il üçün uşaq oyuncaqları və nağıl personajlarına illüstrasiyalar işləyib. Qeyd edək ki, müəllif bu sənətə kiçik yaşlarından maraq göstərib.
Sərgini keçirməkdə məqsəd uşaqları sevindirmək, onlarda bayram əhval-ruhiyyəsi yaratmaqla yanaşı, aksiyadan əldə olunan vəsaiti tam olaraq Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının hesabına köçürməkdir.
Xeyriyyə aksiyası ilə yanaşı, Azərbaycan Xalça Muzeyində “Uşaq Muzeyi”nin hazırladığı müxtəlif yaş təbəqələrini əhatə edən rəngarəng proqramlar təqdim olunacaq.





Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Xalcha_Muzeyinde_xeyriyye_aksiyasi_kechirilecek-911490

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR