Azərbaycanda 450-dən artıq qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Azərbaycanda 450-dən artıq qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
12:13 30 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Hüseyn Vəliyev/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən cari ilin yanvar-dekabr ayları ərzində müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 456 ədəd İdarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə (REV) aşkarlanıb.

Trend DRİ-yə istinadən məlumat verir ki, göstərilən dövrdə İdarə müəssisə və təşkilata texniki baxış əsasında 830 akt tərtib edib.

Aşkar edilmiş qeydiyyatdan keçməyən REV-dən 286 ədədi möhürlənib, 129 ədədi qeydiyyata salınıb və 41 ədədinin qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İXM-in pozulması barədə 37 protokol yazılıb və müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR