“Azərreyl” voleybol klubu “Gəncliy”ə qalib gəlib

“Azərreyl” voleybol klubu “Gəncliy”ə qalib gəlib
18:33 15 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də qadın voleybol komandaları arasında Azərbaycan Super Liqası yarışlarının XVI turu çərçivəsində bir oyun keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Voleybol Mərkəzində Çempionlar Liqası yarışlarında ölkəmizi təmsil edən “Azərreyl” komandası “Gəncliy”in qonağı olub. Görüşdə “Azərreyl” komandası asan qələbə qazanıb – 3:0.
Hazırda turnir cədvəlinə 17 xalla “Azərreyl” klubu liderlik edir. Hesabında 16 xal olan “Lokomotiv” ikinci, “Azəryol” isə 14 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerreyl_voleybol_klubu_Gencliye_qalib_gelib-911495

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR