Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb

Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5 milyon manat ayrılıb
18:37 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamda bildirilir ki, son illərdə Sumqayıt şəhərində geniş abadlıq-quruculuq işləri aparılıb, o cümlədən şəhərin mərkəzi küçələrinin asfalt örtüyü, işıqlandırma sistemi yenilənib, parklar salınıb, çoxmənzilli binaların sakinlərini narahat edən problemlərin aradan qaldırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, lift təsərrüfatının yenidən qurulması sahəsində müəyyən işlər görülüb.
Dövlət başçısı bu istiqamətdə tədbirlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi məqsədilə qərara alıb: 
1. Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılsın.
2. Maliyyə Nazirliyi müvafiq məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Xəbərin orijinal ünvanı: http://report.az/i-nfrastruktur/sumqayit-seher-i-cra-hakimiyyetine-5-milyon-manat-ayrilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR