Dekabrın 16-da Bakının və bəzi rayonların təbii qaz təchizatı məhdudlaşdırılacaq

Dekabrın 16-da Bakının və bəzi rayonların təbii qaz təchizatı məhdudlaşdırılacaq
18:48 15 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Dekabrın 16-da saat 10-dan 18-dək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” idarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “28 May”, “Zirə-3” və “Şimal DRES”, Qazax magistral qaz kəmərləri sahəsinin “Alabaşlı” və “Bağmanlar”, Astara magistral qaz kəmərləri sahəsinin “Alvadı” və “Xarxatan” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir müddətində Şəmkirin Könüllü, Gəncənin Bağbanlar, Göygölün Nadel, Samuxun Alabaşlı, Masallının Təzə Alvadı və Köhnə Alvadı, Lənkəranın Xarxatan, Liman, Separadi, Boladi, Şirin su, Nərimanabad və Balıqçılar kəndlərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, aparılan işlərin Bakının Xəzər rayonunun Zirə, Mərdəkan, Sahil və Şüvəlan qəsəbələrinin bir hissəsinin təbii qaz təchizatına təsir göstərməsi də mümkündür.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dekabrin_16_da_Bakinin_ve_bezi_rayonlarin_tebii_qaz_techizati_mehdudlasdirilacaq-911505

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR