“Pana Film”lə “Show TV” arasında maliyyə problemi yaranıb
“Pana Film” şirkəti “Kurtlar Vadisi Pusu” və “Əşrəf saatı” seriallarının “Show TV”dən başqa televiziya kanalına keçəcəyi barədə yayılan məlumatlarla bağlı aşıqlama yayıb.
Lent.az-ın “Pana Film”in saytına istinadən məlumatına görə, açıqlamada bildirilib ki, şirkətlə “Show TV” arasında maliyyə problemlərinin olması barədə xəbərlər doğrudur: “Əgər “Show TV” bu problemin birdəfəlik həllini tapmasa, kanalla şirkətin əməkdaşlığı başa çatacaq. “Kurtlar Vadisi Pusu” və “Əşrəf saatı” seriallarının hansı kanalda yayımlanacağı problemlər həllini tapandan sonra məlum olacaq”.