Bu, son 3 gündə üçüncü belə hadisədir
Gəncədə soba borusunun düzgün quraşdırılmaması daha bir evdə yanğına səbəb olub. Bu, son 3 gündə üçüncü belə hadisədir.
Gəncə Dövlət Yanğından Mühafizə İdarəsindən Lent.az-a verilən məlumata görə, ötən gecə saat 5 radələrində Puşkin küçəsi, 57 ünvanda yerləşən, ümumi sahəsi 600 kv metr olan evdə soba borusunun düzgün quraşdırılmaması nəticəsində yanğın baş verib. Nəticədə 1979-cu il təvəllüdlü Gəncə şəhər sakini Seyidov Nürəddin Varaz oğluna məxsus evin tavan və çardaq hissəsi yararsız hala düşüb.
Xəsarət alan yoxdur.
Vüsalə Cənnətova