​"Günəşli" yatağındakı neft quyusunda yanğın söndürülüb

19:17 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"Report"un məlumatına görə, özüldə hadisə baş verdiyi vaxtdan indiyədək yanğın 2 qaz və 1 neft quyusunda davam edib. Lakin görülən tədbirlər nəticəsində neft quyusunda yanğın söndürülüb. Bununla da, quyudan dənizə neftin dağılması təhlükəsinin qarşısı tamamilə alınıb.
Qeyd edək ki, hazırda hadisə yerində aparılan yanğınsöndürmə tədbirləri davam etdirilir.
Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. 

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/gunesli-yatagindaki-neft-quyusunda-yangin-sondurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR