Xəzərdə ekoloji fəlakətin qarşısı alındı

Xəzərdə ekoloji fəlakətin qarşısı alındı
19:22 15 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

SOCAR "Günəşli" yatağında yanğın baş verən özüldəki quyudan mümkün neft dağılmalarının qarşısını alıb.

Bu barədə Trend-ə neft-qaz bazarındakı mənbə məlumat verib.

Bunu dekabrın 15-də quyulardan birinin söndürülməsindən sonra etmək mümkün olub. Yanan quyu ehtimal olunan neft dağılmalarına görə ekologiya üçün böyük təhlükə törədirdi.

Xatırladaq ki, dekabrın 4-də saat 17:40 radələrində güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılmış, boru kəməri zədələnmiş və yanğın baş vermişdi. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. Hazırda 23 nəfərin axtarışı davam etdirilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390519.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR