Azərbaycan Respublikasının müdafiə sənayesi işçiləri orden, medallar və fəxri adlarla təltif olunublar

Azərbaycan Respublikasının müdafiə sənayesi işçiləri orden, medallar və fəxri adlarla təltif olunublar
19:23 15 Dekabr 2015
27 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Dekabrın 15-də Prezident İlham Əliyev Azərbaycan Respublikasında müdafiə sənayesinin inkişafındakı xidmətlərinə və dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə müdafiə sənayesi işçilərinin orden və medallarla təltif olunması barədə Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, on nəfər “Tərəqqi”, beş nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif edilib.
Dövlətimizin başçısının digər Sərəncamı ilə isə Azərbaycanın müdafiə sənayesinin yaradılmasında və inkişafında xidmətlərinə görə üç nəfərə “Əməkdar Mühəndis” fəxri adı verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR