ANS dəyişikliklər ərəfəsindədir

ANS dəyişikliklər ərəfəsindədir
19:31 15 Dekabr 2015
119 Digər
Ölkə mətbuatı
A- A+

Son vaxtlar ANS Televiziyasında bəzi verilişlərin bağlanması, o cümlədən TV-də gözlənilən struktur dəyişikliyi ilə bağlı mətbuatda müxtəlif xəbərlər dolaşmaqdadır. Əslində, vəziyyət necədir, ANS hansı yeniliklər ərəfəsindədir?

Bu və digər sualları ANS TV-nin Xəbər Departamentinin baş redaktoru Xanım Yadigarlı cavablandırıb.

- ANS TV-də bir sıra yeniliklər gözlənilir, bəzi yenilikləri isə artıq efirdən müşahidə edirik. Dəyişikliklər əsasən nədən ibarətdir?

- ANS TV Azərbaycanın televiziya məkanının daha müasir olması üçün əlindən gələni edir. Bu məqsədlə böyük bir layihəyə başlamışıq. Efirimizdə böyük dəyişikliklər var. Dəqiq, qərəzsiz və vicdanlı xəbərin ünvanı kimi tanınan ANS TV tamaşaçıları son məlumatlarla təmin edən irimiqyaslı struktur olacaq. Bunun üçün hazırda iş gedir və əlimizdən gələni edirik. ANS x ə b ə r kanalı olacaq

- ANS TV-də həyata keçiriləcək bu yenilik tamaşaçılara nə vəd edir?

- ANS-in əsas istiqaməti dəyişməz olaraq qalır. Sadəcə olaraq, xəbərlərin təqdimetmə sistemi dəyişir. Xəbərçiliyimiz ən müasir texnologiyalara əsaslanacaq. Məqsədimiz isə odur ki, tamaşaçımız digər ölkələrdəki tamaşaçılarla birlikdə, bir çoxlarından daha operativ yenilənən informasiyalarla təmin olunsun. Bunun üçün ANS TV çiyninə ağır bir yük götürüb və inanırıq ki, bu xəbər yükünü vaxtında və peşəkarcasına ünvana çatdıracaq.

- Məlumata görə, bir sıra verilişlər bağlanacaq, bəs həmin proqramlar vasitəsilə verilən məlumatlar tamaşaçılara bundan sonra necə çatdırılacaq?

- Verilişlər kanalın yayım strategiyasına görə bağlanıb. Lakin bu, informasiya axınına aid edilmir. ANS TV gündəlik olaraq bütün sahələri əhatə edən informasiyaları tamaşaçıya çatdırmaqda davam edəcək.

- Bağlanan verilişlərin aparıcılarını bundan sonra efirdə görə biləcəyikmi?

- Hazırda bütün kollektivimizlə birlikdə xəbər sisteminə keçirik və hər kəs çalışır ki, Azərbaycan tamaşaçısı üçün həyata keçirilən yenilikdə az da olsa payı olsun. Xəbər işində birinciliyi qorumaq heç də asan deyil, amma buna nail olacağımıza inanırıq. Çünki burada əsas ideya və konseptual yanaşmanın müəllifi, gərgin zəhməti ilə öndə olan Vahid Mustafayevdən tutmuş jurnalistikada ilk addımlarını atan, amma əsl fədakarlıq nümayiş etdirən gənclərə qədər hamı var gücü ilə çalışır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367259

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR