Sumqayıtda 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsinə və təmirinə 5 milyon manat ayrılıb

Sumqayıtda 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsinə və təmirinə 5 milyon manat ayrılıb
19:38 15 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 15-də “Sumqayıt şəhərində çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, şəhərin mənzil fonduna daxil olan 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin həyata keçirilməsi məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sumqayitda_100_choxmenzilli_binanin_dam_ortuyunun_deyisdirilmesine_ve_temirine_5_milyon_manat_ayrilib-911537

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR