Misir səfiri 5 saylı Uşaq İncəsənət məktəbində olub

Misir səfiri 5 saylı Uşaq İncəsənət məktəbində olub
20:07 15 Dekabr 2015
37 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil 5 saylı Uşaq İncəsənət məktəbində olub.
Səfirlikdən "Report"a verilən məlumata görə, tədbirin açılışında çıxış edən məktəbin direktoru Emin Nağıyev qonaqlara təhsil müəssisəsi haqqında məlumat verib.
Suzan Cəmil məktəblə tanış olub və məktəbə hədiyyə təqdim edib.
Uşaqların əl işləri ilə tanışlıqdan sonra məktəbin zalında məktəbin müəllim və şagirdlərinin hazırladıqları Azərbaycan və xarici musiqi nümunələri nümayiş etdirilib.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR