Azərbaycanda qiymətli kağızlarla vahid ticarət və nəzarət sistemi gələn ilin ilk yarısında istifadəyə veriləcək

Azərbaycanda qiymətli kağızlarla vahid ticarət və nəzarət sistemi gələn ilin ilk yarısında istifadəyə veriləcək
20:32 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) Koreya Birjasının nümayəndə heyəti ilə geniş tərkibdə görüş keçirilib. "Report"un Komitəyə istinadən verdiyi xəbərə görə, görüş “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi"nin "Kapital bazarının informasiya sistemləri" komponenti çərçivəsində əldə edilmiş vahid ticarət, post-ticarət və nəzarət platformaları üzrə sınaqlara və istifadəçi təlimlərinə start verilməsi ilə əlaqədar təşkil edilib.
Layihənin 2016-cı ilin fevral ayının sonuna qədər davam edəcək bu mərhələsi ərzində QKDK, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasının əməkdaşları ilə birlikdə proqram təminatının sınaq işləri, eyni zamanda Koreya Birjasının nümayəndələri tərəfindən yerli mütəxəssislərə sistemlərdən istifadə üzrə təlimlər keçiriləcək.
Qiymətli kağızlarla vahid ticarət, post-ticarət və nəzarət sisteminin 2016-cı ilin birinci yarısında istifadəyə verilməsi planlaşdırılır.




Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/azerbaycanda-qiymetli-kagizlarla-vahid-ticaret-ve-nezaret-sistemi-gelen-ilin-ilk-yarisinda-istifadey

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR