​"Azəryol"un baş məşqçisi: "Meydançaya qələbə üçün çıxacağıq"

​"Azəryol"un baş məşqçisi: "Meydançaya qələbə üçün çıxacağıq"
20:47 15 Dekabr 2015
22 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Qadın voleybolçulardan ibarət "Azəryol" komandası sabah CEV Kubokunda ilin son görüşünə çıxacaq. "Report"un məlumatına görə, rəqib Finlandiyanın "Lp Salo" klubu olacaq.
İlk görüşdə 3:0 hesablı qələbə qazanan "Azəryol"un baş məşqçisi Ziya Rəcəbov cavab görüşü haqda fikirlərini bildirib. O, qələbə ilə başladıqları işi eyni tərzdə də bitirməyin lazımlığını söyləyib: "Qısa bir vaxtdır ki, komandaya baş məşqçilik edirəm. Bu, həm qürurverici, həm də çox məsuliyyətli bir vəzifədir. Əlimdən gələni edirəm ki, oyun zamanı komandamızın oyunu istənilən kimi alınsın və qalib gələk. İlk görüşü səfərdə keçirdik və vətənə qalibiyyətlə döndük. Buna baxmayaraq, Bakıda məşq proseslərimizi daha da gücləndirdik. Qələbə ilə başladığımız işi qələbə ilə bitirmək lazımdır. Ona görə də deyərdim ki, ilk oyunu unudaraq meydançaya qələbə üçün çıxacağıq. Sonda bütün "Azəryol" komandasına uğurlar arzu edirəm".
Qeyd edək ki, dekabrın 16-da keçiriləcək "Azəryol" - "Lp Salo" görüşü saat 18:00-da başlayacaq. Oyun Bakı İdman Sarayında keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/komanda/azeryol-un-bas-mesqcisi-meydancaya-qelebe-ucun-cixacagiq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR