İordaniya Səudiyyə Ərəbistanını başda olmaqla terrorizmə qarşı mübarizə koalisiyasını dəstəkləyir

İordaniya Səudiyyə Ərəbistanını başda olmaqla terrorizmə qarşı mübarizə koalisiyasını dəstəkləyir
21:03 15 Dekabr 2015
28 Digər
Ölkə mətbuatı
A- A+


Əmman, 15 dekabr, AZƏRTAC
İordaniya Səudiyyə Ərəbistanını başda olmaqla terrorizmə qarşı mübarizə koalisiyasını dəstəkləyir
İordaniya hökumətinin nümayəndəsi, informasiya naziri Məhəmməd əl-Mumini PETRA informasiya agentliyinə müsahibəsində bildirib ki, Haşimilər Krallığı terrorizmə qarşı mübarizəyə yönələn bütün səyləri Kral II Abdullanın rəhbərliyi ilə daim dəstəkləyir.
Nazirin sözlərinə görə, terrorizm regionda və bütün dünyada sabitliyə real təhlükədir. Terrorizmə qarşı müharibə İslam dini ilə heç bir əlaqəsi olmayan terrorçulara qarşı bütün müsəlmanların müharibəsidir, çünki İslam tolerantlıq və sülh dinidir.
Məhəmmədəl-Mumini terrorizmə qarşı mübarizədə Səudiyyə Ərəbistanının rolunu və səylərini yüksək qiymətləndirib.
Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanı beynəlxalq terrorizmə qarşı mübarizə aparmaq üçün müsəlman ölkələrindən ibarət koalisiya yaradıldığını elan edib. Koalisiyaya 34 müsəlman dövləti, o cümlədən Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Pakistan və s. ölkələr daxil olublar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Əmman

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Iordaniya_Seudiyye_Arebistanini_basda_olmaqla_terrorizme_qarsi_mubarize_koalisiyasini_destekleyir-911561

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR