Çinli arxeoloqlar hündür qayada 131 asma tabut aşkarlayıblar

Çinli arxeoloqlar hündür qayada 131 asma tabut aşkarlayıblar
21:13 15 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 15 dekabr, AZƏRTAC 
Çin arxeoloqları Hubey ərazisində yüz metrlik qayada taxtadan hazırlanmış təxminən 1200 yaşı olan 131 asma tabut aşkarlayıblar.
AZƏRTAC Böyük Britaniyanın newsnow.co.uk saytına istinadla xəbər verir ki, arxeoloqlar bu tabutların Tan sülaləsi (618-907) dövrünə və qədim Bo xalqına məxsus olduğunu güman edirlər. Həmin dövrdə tabutların qayaya necə qaldırıldığı və asıldığı arxeoloqlara hələ də məlum deyil.
Alimlərin fikrincə, cəsədləri vəhşi heyvanlardan qorumaq üçün tabutları bu cür hündürdə asırdılar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/CHinli_arxeoloqlar_hundur_qayada_131_asma_tabut_askarlayiblar-911564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR