Əcnəbilərə Gürcüstanda avtomobil qadağası (VİDEO)

Əcnəbilərə Gürcüstanda avtomobil qadağası (VİDEO)
21:16 15 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

Gürcüstanın Daxili İşlər Nazirliyi yol hərəkəti haqqında qanuna ciddi dəyişiklik etməyə hazırlaşır.

ANS TV-nin məlumatına görə, yeni qaydalar 100 ballıq sistemin tətbiqilə bağlıdır. Nazirlik artıq qanun layihəsini ölkə parlamentinə təqdim edib.

Layihədə göstərilir ki, hər bir sürücünün hesabında 100 balı olacaq. Müxtəlif yol hərəkəti qaydalarını pozan sürücünün hesabından uyğun miqdarda bal çıxılacaq. Nəticədə il ərzində 100 balı tükənən avtonəqliyyat vasitəsi sahibinin sürücülük vəsiqəsi müsadirə ediləcək.

Sürücülük hüququndan məhrum edilən şəxs sürücülük vəsiqəsi almaq üçün isə yenidən imtahan verməli olacaq.

Bu qayda Gürcüstanda avtomobil idarə edən xarici ölkə vətəndaşlarına da şamil edilir.

Xarici vətəndaşlar 100 cərimə balı alarlarsa, onlara Gürcüstan ərazisində avtomobil idarə etmək qadağan ediləcək.

Parlamentə təqdim edilən qanun layihəsinə yaxın günlərdə baxılacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=367350

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR