Putin Kerriyə: "Sizə yaxşı yatmaq lazımdır"

Putin Kerriyə: "Sizə yaxşı yatmaq lazımdır"
21:37 15 Dekabr 2015
96 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Con Kerri ilə keçirilən görüşdə onun çətin məsələlərin həlli yolunda gördüyü işləri qeyd edərək, Kerriyə yaxşı yatmağı məsləhət görüb

Milli.Az oxu.az-a istinadən bildirir ki, Rusiya pirezidenti qeyd edib: "Hörmətli cənab baş katib, biz sizin bir sıra çətin məsələlərin həlli yolunda göstərdiyiniz səyləri görürük. Sizin hərəkətləriniz izləməyə belə vaxt çatdırmırıq. Mən görürəm, sizə yaxşı yatmaq lazımdır".
Putin bildirib ki, Rusiya və ABŞ daha çətin böhranların həlli yollarını axtarırlar.

Öz növbəsində Putinlə görüşdə Kerri bildirib ki, Rusiya və ABŞ birlikdə bir çox nəaliyyətlər əldə edə bilərlər, çünki Suriya böhranının nizamlanması üzrə aparılan Vyana danışıqları bir sıra yeni imkanlar açır. 
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR