Misir terrorizmə qarşı mübarizədə bütün səyləri dəstəkləyir

Misir terrorizmə qarşı mübarizədə bütün səyləri dəstəkləyir
21:38 15 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+


Qahirə, 15 dekabr, AZƏRTAC
Misir terrorizmə qarşı mübarizə və bu təzahürün kökünün kəsilməsinə dair bütün səyləri dəstəkləyir. Bunu Misir XİN-in rəsmi nümayəndəsi Əhməd Əbu-Zeyd terrorizmə qarşı mübarizə üçün islam ölkələrindən ibarət koalisiyanın yaradılması barədə Səudiyyə Ərəbistanının məlumatına münasibət bildirərkən bəyan edib. Onun sözlərinə görə, Misir bu səyləri dəstəkləyir və həmin prosesdə iştirak edir.
Əhməd Əbu-Zeyd deyib ki, Səudiyyə Ərəbistanın başçılığı ilə yenicə yaradılan islam ölkələrindən ibarət terrorizmə qarşı mübarizə koalisiyası ilə müştərək ərəb qüvvələrinin yaradılması planı arasında qarşılıqlı əlaqə yoxdur. İslam ölkələrinin koalisiyası ərəb ölkələrinin milli təhlükəsizliyinə təhdid və təhlükələrə qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyətə tuşlanıb.
Xatırladaq ki, bu gün Səudiyyə Ərəbistanı beynəlxalq terrorizmə qarşı mübarizə aparmaq üçün müsəlman ölkələrindən ibarət koalisiya yaradıldığını elan edib. Koalisiyaya 34 müsəlman dövləti, o cümlədən Səudiyyə Ərəbistanı, İordaniya, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Pakistan və s. ölkələr daxil olublar.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_terrorizme_qarsi_mubarizede_butun_seyleri_destekleyir-911567

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR