Saçında kəpək olanlar üçün effektli TƏBİİ MASKALAR

Saçında kəpək olanlar üçün effektli TƏBİİ MASKALAR
21:42 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Saçdakı kəpəklənmə problemini təbii yollarla həll etməyə nə deyirsiniz?

Milli.Az lent.az-a istinadən kəpəkdən qurtulmaq istəyənlər üçün evdə hazırlana biləcək maskalar təqdim edir.

Qatıq: Saçı hissələrə ayırın və baş dərisinə qatıq sürtün. 20 dəqiqə sonra şampunla saçlarınızı yuyun.

Aspirin: Bir neçə aspirini əzin. Əzdiyiniz aspirinləri şampunun içinə qoyun. Saçınızı şampunlayın, 2-3 dəqiqə boyunca saçınızda saxlayın. Ardından ilıq su ilə durulayın.

Alma sirkəsi: Bu, ən yaxşı və ən effektli kəpək dərmanlarından biridir. Alma sirkəsi ilə suyu eyni miqdarda qarışdırın. Başın dərisinin üzərinə bununla masaj edin. Masajı çox zərif şəkildə edin. 10-15 dəqiqə belə saxlayın və sonra ilıq su ilə saçınızı yuyun. Bu üsulu bir həftə boyunca tətbiq edin. Əgər başınızın dərisində yara varsa, etməyin.

Qabartma tozu: Saçlarınızı yuyarkən normal şampun yerinə qabartma tozu istifadə edin. Saçınızı isladın və baş dərisi və saçın üzərinə bir çay qaşığı qədər qabartma tozu sürtün. Bir dəqiqə gözləyin və sonra yaxşıca durulayın. 2 həftə boyunca bunu etməyə davam edin. Bu yolla baş dərisi təbii yağ ifrazına başlayacaq.

Banan və alma sirkəsi: Bir qabın içində tam yetişmiş bananı əzin və içinə 2 stəkan alma sirkəsi əlavə edin. Yaxşıca qarışdırın. Baş dərisinin üzərinə 10 dəqiqəyə qədər masaj edin. 30 dəqiqə sonra saçınızı ilıq su ilə durulayın. Həftədə 1 dəfə edin.

Körpə yağı: "Johnson baby" yağı ilə azca saç dərisinə masaj edin və sonra saçlarınızı dəsmalla sarıyın. Bir gecə saxlayın, səhəri gün kəpək əleyhinə şampunla yuyun.

Hind qozu yağı: Bu, kəpək müalicəsində quru saçlar üçün uyğundur. Hind qozu yağı ilə saçlarınıza masaj edin. Ən azı 1 saat belə saxlayın. Sonra şampunla saçlarınızı yuyun.

Bal: Hindqozu yağı, zeytun yağı və qatığı bal ilə qarışdırın. Başınıza çəkin və yüngülcə saçınızın uclarına qədər baş dərisinə masaj edin. Bunu hamamda etmək daha uyğun olardı. Hamamda buxarlı yerdə dayanın və 20 dəqiqə sonra saçınızı şampunla yuyun.

Limon suyu: Bütün baş dərisinə limon suyunu əlavə edin. 20-25 dəqiqə gözləyin. Qaşıntıya səbəb ola bilər, ancaq bu normaldır. Şampunla saçınızı yuyun və mümkünsə tez-tez edin.

Yumurta sarısı: İki yumurta sarısını saçınıza sürtün. Saçınızın quru olduğundan əmin olun. Sonra sellofanla saçlarınızı sarıyın və 1 saat saxlayın. 1 saatdan sonra saçlarınızı  şampunla yuyun.

Zeytun yağı: Saçlarınıza zeytun yağı sürtün və 5-10 dəqiqə saxlayın. Sonra yuyun. Ümumiyyətlə, istədiyiniz vaxt yatmadan əvvəl başınıza zeytun yağı sürtə bilərsiniz.   

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390457.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR