Bilal Əliyev: "O pulu verməsələr, getməyəcəm"

Bilal Əliyev: "O pulu verməsələr, getməyəcəm"
22:22 15 Dekabr 2015
42 Digər
Ölkə mətbuatı
A- A+

Xalq artisti Bilal Əliyevin toya 1 milyon dollara getməsi haqda səsləndirdiyi fikirlər birmənalı qarşılanmamış və sosial şəbəkələrdə müzakirələrə səbəb olunmuşdu. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, Vergilər Nazirliyinin toya gedən müğənniləri ciddi nəzarətə götürməsi xalq artistinin toy qiyməti ilə bağlı açıqlamasını bir daha gündəmə gətirib. Sosial şəbəkə istifadəçiləri 1 milyona toya getdiyini bildirən müğənninin dövlətə vergi ödəyib-ödəmədiyini yenidən müzakirəyə çıxarıblar. 

Xalq artisti toy qiyməti ilə bağlı sözlərinə yenidən aydınlıq gətirib. O bildirib ki, hazırda yaradıcılıqla məşğuldur və toylara getmir:
 
"Mənim Vergilər Nazirliyi ilə heç bir problemim yoxdur. Toya 1 milyona deyil, 100 milyona getdiyini də demək olar. Vergini 100 milyonu alanda ödəyirsən, mən o qədər qonorar almamışam. Mən o pulu almamış necə vergi ödəyə bilərəm? Açıqlama verməmişəm ki, toya gedib, filan qədər almışam. Toya yüksək qonorarla getsəm, Vergilər Nazirliyinə gedib, qanunla vergi ödəyərəm. Mən demişəm ki, Azərbaycanda toylara getmirəm, toya getsəm, xarici ölkələrdə gedərəm. 1 milyona toya getmək üçün gərək ilyarım üzərimdə işləyim və dünyaya göstərim ki, Azərbaycanın yaxşı oxuyanlarından biriyəm, istedadım var və 5-6 dildə oxuya bilirəm. Mən hazırda toylara getmirəm. Sənətim üzərində işləyirəm. İstəyirəm ki, dünya səhnəsinə tam hazır formada çıxım. 15 mahnı üzərində işləyirəm. Ustadım deyirdi ki, bir mahnını mükəmməl hazırlamaq üçün 6 ay çalışmaq lazımdır. 15 mahnı tez bir zamanda ərsəyə gəlməz. Gərək iki il çalışım". 

Qeyd edək ki, Bilal Əliyev "ATV maqazin" verilişində toy qiymətini 1 milyona qaldırdığını açıqlamışdı: 

"Toy və konsert qiymətim 10 dəfə artıb, artıq 1 milyona gedəcəyəm. O pulu verməsələr, getməyəcəm".
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/390538.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR