Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır...

Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır...
22:22 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Milli.Az sputnik.az-a istinadən bildirir ki, Edison ruhların varlığına ürəkdən inanırdı və onlarla telefon danışığı yaratmaq üçün belə desək "ruhofon" yaratmaq niyyətində idi. Bu haqda məlumat ixtiraçının memuarının fransız dilindən tərcümə edilərək Agence Agence France-Presse-də nəşr edilməsindən sonra verilmişdi.

Amerikalı ixtiraçı belə bir cihaz yaratmaq niyyətini özünün Diary and Sundry Observations yazısının sonuncu fəslində qeyd etmişdir. Bu əlyazma daha sonradan ingilis dilli versiyalarda saxlanmasa da, xoşbəxtlikdən 1949-cu ildə fransız dilində nəşr edilmiş versiyası mövcuddur. Bu versiyadan isə ixtiraçının yeni kitabı yaradılmışdır.

Verilən məlumatlara görə, Edison belə bir cihazın yaradılması ilə 1870-ci ilin sonunda məşğul olmağa başlayıb. İxtiraçının gümanlarına əsasən, bu cihaz onun fonoqraflarının səs siqnallarını gücləndirməli idi. Bu prosesin isə hansı şəkildə baş tutmalı olduğu məlum deyil.

Bundan əlavə, o öz kolleqası mühəndis William Walter Dinwiddie ilə belə bir razılığa gəlir ki, onlardan hansı biri dünyasını tez dəyişsə digərinə o biri dünyadan xəbər göndərsin.

Dünya şöhrətli amerikalı ixtiraçı və sahibkar Tomas Alva Edison 11 fevral 1847-ci ildə ABŞ-ın Ohayo ştatında anadan olub.

Amerika Birləşmiş Ştatlarında onun adına 1098, xaricdə isə 3 min patent mövcuddur. O teleqrafı, telefonu, kino aparatını təkmilləşdirmiş, elektrik lampasının sənaye üsulu ilə istehsalını təşkil edib. O həmçinin elektrovoz istehsalına başlamış, fonoqraf kəşf etmişdi. Onun təklifi ilə telefon danışığının əvvəlində "alo" deyilməyə başlanmışdı.

Tomas Edison orta məktəbdə cəmi 3 ay oxuyub. İlk 3 aylıq təlimdə ciddi irəliləyiş göstərə bilmədiyinə görə, müəlliməsi Toması "kütbeyin" adlandırmış və bundan sonra o, evdə anası tərəfindən təhsil almalı olmuşdu. Edison yazırdı: "Anam mənə o qədər inandı, o qədər əmin oldu ki, onun ümidlərini qırmamaq üçün nəsə etməli olduğumu anladım".

Tomas Alva Edison 1876-cı ildə Amerika Birləşmiş Ştatlarında tədqiqat xarakterli ilk laboratoriya açmışdır.

Dünyada sənaye və ictimai məqsədlər üçün işlədiləcək ilk elektrik stansiyası məhz Edisonun rəhbərliyi altında 1882-ci ildə qurulmuşdu.

Heç bir insan həyatında Edison qədər patent almamışdı.

85 yaşında axır saatlarında o öz həyat yoldaşına demişdi: "Əgər ölümdən sonra nəsə varsa, bu yaxşıdır. Yox yoxdursa, bu da yaxşıdır. Mən yaşadığım həyatda mümkün qədər yaxşı işlər görməyə çalışdım..."

Edison zəhmətkeşliyi və məqsədyönlülüyü ilə fərqlənirdi. Elektrik lampası üçün daxili xətti material axtararkən o, 6 min materialı sınaqdan keçirmişdi. Lampanın kömür zəncirinin xarakteristikasını tərtib edərkən o 45 saat laboratoriyada fasiləsiz işləmişdi. Ömrünün axır günlərinə qədər o gündə 15-16 saat işləyirdi.

Edisonun birinci elektrik lampası Menlo Parkda nümayiş etdirilir (1879, dekabr).

Məşhur Amerika ixtiraçısı Nikola Tesla onun haqqında deyirdi: Əgər Edison ot tayasında iynə itirsəydi, mütləq iynəni tapana qədər samanları tək-tək götürüb kənara qoyacaqdı.

Edison 18 oktyabr 1931-ci ildə, ABŞ-ın Nyi-Cersi ştatının Vesti Orang şəhərində dünyasını dəyişib.
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390461.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR