Yüksək sürət qəzaya səbəb oldu: yaralı var

Yüksək sürət qəzaya səbəb oldu: yaralı var
22:29 15 Dekabr 2015
31 Ölkə
Ölkə mətbuatı
A- A+

 Gəncə-İmamzadə avtomobil yolunda yol nəqliyyat qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə dekabrın 15-i saat 22 radələrində qeydə alınıb. “Mercedes” markalı, 90 PM 842 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun kənarındakı divara çırpılıb.

 

Qəza zamanı sürücü ağır bədən xəsarəti alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

 

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225336

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR