“Fənərbaxça”nın futbolçusu ən yaxşılar arasında

“Fənərbaxça”nın futbolçusu ən yaxşılar arasında
22:42 15 Dekabr 2015
59 İdman
Ölkə mətbuatı
A- A+

UEFA Avropa Liqasının qrup mərhələsinin ən yaxşı 11-liyi açıqlanıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, iki təmsilçimizin iştirak etdiyi qrup mərhələsində "Qarabağ" və "Qəbələ"nin heyətindəki oyunçulardan hansısa bu siyahıya düşməyib.

Türkiyədən isə "Fənərbaxça"nın futbolçusu Gökhan Gönül ən yaxşılar sırasında yer ala bilib.

Qapıçı: Ralf Fermann  ("Şalke")

Müdafiəçilər: Gökhan Gönül ("Fənərbaxça"), Andreas Qrankvist ("Krasnodar"), Nataniel Klayn ("Liverpul")

Yarımmüdafiəçilər: Erik Lamela ("Tottenhem"), Şteffen Hofmann ("Rapid"), Silva Alan ("Braqa"), Dris Mertens ("Napoli")

Hücumçular: Xose Kollehon ("Napoli"), Arits Aduris ("Atletik" Bilbao), Raul Bobadilya ("Auqsburq")

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390543.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR