Bakıda “Nissan” dərəyə aşdı - FOTO

Bakıda “Nissan” dərəyə aşdı - FOTO
23:22 15 Dekabr 2015
43 Digər
Ölkə mətbuatı
A- A+

Faktla bağlı araşdırma aparılır.

Bakının Nizami  rayonunda qəza baş verib. 

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Babək prospektində qeydə alınıb. 

Qəza zamanı "Nissan" və "BMW" markalı iki avtomobil toqquşub. Zərbənin təsirindən "Nissan" yoldan çıxaraq dərəyə aşıb. Avtomobil yaxınlıqdakı evin hasarına çırpıldıqdan sonra dura bilib. 

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.
 
Qeyd edək ki, qəzadan sonra yolda tıxac yaranıb.
 
Hər iki avtomobil cərimə meydançasına aparılıb.
 
Faktla bağlı Dövlət Yol Polisinin Nizami rayon Şöbəsində araşdırma aparılır.
Milli.Az





Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390549.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR