​ABŞ-da tüstülənən sərnişin təyyarəsi təcili eniş edib

23:32 15 Dekabr 2015
16 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 dekabr. REPORT.AZ/ Amerikanın "Alaska Airlines" aviaşirkətinə məxsus təyyarə salonda yaranan tüstü səbəbindən Vaşinqton ştatının Spokan şəhərinə qəzalı eniş edib.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının rəsmi nümayəndəsi Helli Niqq məlumat verib.
Onun sözlərinə görə, eniş uğurlu alınıb, göyərtədə olan 75 sərnişin və 4 heyət üzvündən heç kim xəsarət almayıb.
"Bombardier Q400" tipli təyyarə Sieltadan Spokana uçurmuş. Həyəcan təbili uçuşdan 15 dəqiqə sonra çalınıb. Buna sərnişinlərin salonda tüstülənmənin olmasından şikayət etməsi səbəb olub.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/abs-da-sernisin-teyyaresi-tustulenme-sebebinden-qezali-enis-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR