Volvo S90: artıq rəsmi - FOTO

Volvo S90: artıq rəsmi - FOTO
23:42 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

"S80"-ın sələfi və "Volvo"-nun yaxın gələcəkdə flaqmanı olacaq avtomobilin sirri rəsmi olaraq açıldı - isveçlilər sedan "S90"-ın virtual görünüşünü təqdim ediblər. Yeni "XC90"-nın orijinal ştrixləri və daha maraqlı faktlar barədə danışaq. İlk növbədə, modul platformasında (SPA) yığılan "S90" daha sürətli olacağını vəd edir.

Milli.Az auto.az-a istinadən bildirir ki, mühərrik qamması 320-güclü turbinli benzin "dördlük", mexaniki yükləyici, o cümlədən 190- (400Nm) və 225-güclü (470Nm) dizel aqreqatları ilə təqdim edilir. Bu qammaya arxada 65 kilovattlıq elektrik mühərriki olan 400-güclü hibrid sistem rəhbərlik edir. Modifikasiyadan asılı olaraq sürət qutusu ya 6-pilləli mexaniki, ya da 8-diapazonlu avtomatdır.

Baza versiyasından başqa, bütün variantlar üçün tam ötürücü nəzərdə tutulub. İkincisi, yeni sedan çox təkmilləşdirilib. Biz yarımavtomat idarəetmə rejimi barədə danışırıq. "S90" xətt boyu hərəkəti saxlaya bilir (130 km/saata qədər).

Milli.Az








RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR