Burun qanamasını necə dayandırmaq olar?

Burun qanamasını necə dayandırmaq olar?
23:47 15 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Hər yaşda müşahidə edilən burun qanamalarına xüsusən isti havalarda daha çox rast gəlinir. Bununla yanaşı, soyuq qış aylarında da burun qanamasından şikayət edənlər az deyil. Nəzərə almaq lazımdır ki, sadə bir burun qanaması həyatı təhlükə altına da sala bilər. Ona görə də burun qanaması hallarına ciddi yanaşmaq lazımdır. 

Arterial damar qanamalarına qarşı diqqətli olun

Burnun quruluşunda giriş hissədə olan damar şəbəkəsinin çox olması burun qanamalarının ən çox rast gəlinən səbəbidir. Bu bölgəyə məruz qalan zərbə, asqırma, burun qurdalanması kimi bir çox hallar da damarların zədələnərək qanamasına gətirib çıxara bilər.

Milli.Az lent.az-a istinadən bildirir ki, bu, burnun qabaq hissəsində baş verənlər nəticəsində yaranan qanamalardır. Lakin burnun arxa hissəsində baş verən qanamalara qarşı daha çox diqqətli olmaq lazımdır. Bu cür qanamalara isə yüksək təzyiq, ürək və damar xəstəlikləri səbəb ola bilər.

Təzyiqi olan xəstələr daha çox risk altında

Burun qanaması ümumiyyətlə lokal, sistematik və ekoloji səbəblərə əlaqədar baş verə bilər. Öz-özünə yaranan qanamalara əsasən isti, soyuq və quru hava səbəb olur. Yetkin yaşda tez-tez baş verən travmalar, uşaqlarda isə üst tənəffüs yolu infeksiyaları və buruna daxil olan yad cisimlər qanamalara səbəb olur. Bunlarla yanaşı, allergik rinit, xroniki sinusit, yüksək təzyiq, qanama pozuntuları kimi xəstəlikləri olanlarda burun qanaması daha risklidir.

Tək tərəfli burun qanaması daha risklidir

Yeniyetməlik dövründə xüsusən də oğlan uşaqlarında burun qanamaları burnun nəfəs yolundakı damarla bağlı şişlərin yaranmasına səbəb ola bilər. Yeniyetmə yaşlarda burnun bir tərəfinin tez-tez qanaması da burunda şiş xəbərçisi ola bilər. Burun qanamaları daha çox 2-10 yaş arası uşaqlar, 50-80 yaş arası yetkin insanlarda daha sıx rast gəlinir.

Qanama zamanı bunları edin

Burun qanaması zamanı əvvəlcə xəstə başını önə əyməlidir. Bu zaman baş və işarət barmaqla burunu 5-10 dəqiqə sıxıb saxlamaq lazımdır. Bu, qanamanı dayandırmağa kömək edəcək. Bundan sonra isə buruna qanın getdiyi damarlara buz qoyulması məsləhətdir. Buz birbaşa deyil, parçaya bükülərək qoyulmalıdır. Qanama dayanana qədər dərin və yavaş nəfəs almaq lazımdır. Bundan başqa, burnun içərisinə qanamanı dayandıran spreylər də fısqırtmaq olar. Lakin nəzərə almaq lazımdır ki, sadə bir qanama böyük problemlərə səbəb ola bilər. Ona görə də burun qanamasına qarşı diqqətli davranmaq lazımdır. Qanama tez-tez baş verərsə, mütləq həkimə müraciət edin.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/390456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR