"Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının tarixində yeni eranın başlanğıcıdır"

"Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının tarixində yeni eranın başlanğıcıdır"
00:48 16 Dekabr 2015
66 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Müstəqil Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının tarixində yeni eranın, mərhələnin başlanğıcıdır.

Trend-in məlumatına görə, bunu ANS TV-yə yeni Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Arif Babayev deyib.

Onun sözlərinə görə, xüsusi xidmət orqanlarının fəaliyyətinin səmərəliyini artırmaq, idarəçilik strukturunun təkmilləşdirmək məqsədilə Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev tərəfindən 14 dekabr 2015-ci il tarixli fərmanına əsasən Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizlik və Xarici Kəşfiyyat xidmətləri yaradıldı.

İki müstəqil xüsusi xidmət orqanın yaradılması haqqında fərman çox müdrük və mütərəqqi bir addımdır. Bu, eyni zamanda müstəqil Azərbaycanın təhlükəsizlik və xüsusi xidmət orqanlarının tarixində yeni eranın, mərhələnin başlanğıcıdır. "Həm də təhlükəsizliyin təmin olunmasında, qarşıya qoyulmuş vəzifələrin peşəkarlıqla yerinə yetirilməsi baxımından təhlükəsizlik orqanlarının öz fəaliyyətində yeni səviyəyə qalxmasıdır", - deyə Arif Babayev bildirib.

Onun sözlərinə görə, kəşfiyyat və əks kəşfiyyat təminatına cavabdeh qurumların müstəqil dövlət strukturları qismində fəaliyyət göstərməsi dünya dövlətlərin təcrübəsində geniş yayılıb. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Rusiya Federasiyası, Avropa ölkələri, hətta MDB dövlətlərin təcrübəsinə nəzər salsaq həmin ölkələrin də təhlükəsizlik və xüsusi xidmət orqanlarının məhz bu xidmət formatında fəaliyyət göstərdiyini şahidi olarıq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2469999.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR