Vaqif Mustafazadənin anım günüdür

Vaqif Mustafazadənin anım günüdür
01:01 16 Dekabr 2015
41 Şou
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür.

Axşam.az-ın məlumatına görə, görkəmli bəstəkar, pianoçu, caz-muğamın banisi Vaqif Əziz oğlu Mustafazadə 1940-cı il martın 16-da Bakıda, İçəri şəhərdə anadan olub. Atasının ölümündən sonra, anası Vaqifin tərbiyəsi ilə məşğul olmağa başlayır. O yerli məktəbdə musiqi müəlliməsi idi. 1963-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Kollecini bitirib Bakı Musiqi Akademiyasına daxil olub. İlk məşhurluq da elə bu zaman gəlir.
 
Vaqif burada kiçik konsertlər verir, klublarda çıxış eləyir. O əsasən klassik caz, bluz və oynaq mahnılar ifa edir. 1964-cü ildən "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olub. Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.

O, 16 dekabr 1979-cu ildə Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib. Bakıda dəfn olunub.
Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır.

O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.

Həyat yoldaşı Eliza Mustafazadə Azərbaycanın peşəkar caz-muğam tərzində oxuyan ilk qadınıdır. 1965-ci ildə Gürcüstan Dövlət Filarmoniyasında "Qafqaz" adlı trio yaradır. 1970-ci ildə "Leyli" vokal kvartetini yaradır. 1971-ci ildən 1977-ci ilə kimi "Sevil" vokal-instrumental qrupuna başçılıq edir.

1977-ci ildən 1979-cu ilə kimi "Muğam" instrumental qrupuna başçılıq edərək "Tallin-66" və "Tbilisi-78" caz festivallarının laureatı olmuşdur.

1978-ci ildə Monakoda keçirilən 8-ci Beynəlxalq Caz Festivalında "Əzizəni gözləyirəm" musiqisinə görə birincilik mükafatı almışdır.
 
1979-cu ildə Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.
 
1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.

O, forte-piano konsertlərinin, "Muğam" simfoniyası və başqa forte-piano şedevrlərinin müəllifidir.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42572

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR