Beynəlxalq turnirdə astaralı idmançılardan yeddisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb

Beynəlxalq turnirdə astaralı idmançılardan yeddisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb
01:33 16 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+


Astara, 16 dekabr, Bağır Əliyev, AZƏRTAC
Bakı şəhərində Juboksinq döyüş növü üzrə keçirilən Beynəlxalq turnirdə astaralı idmançılar yüksək nailiyyətlər qazanıblar.
Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev AZƏRTAC-a bildirib ki, Şağan Olimpiya İdman Kompleksində 3 gün davam edən turnirdə Azərbaycanla yanaşı, Rusiya, Türkiyyə, İran, Gürcüstan, Qırğızıstan, Özbəkistan və Dağıstanın yığma komandaları qələbə uğrunda mübarizə aparıblar.
Beynəlxalq turnirdə astaralı idmançılardan İsmayıl Quliyev (20 kiloqram), Türkanə Quliyeva (35 kiloqram), Pərviz Hüseynzadə (56 kiloqram), İbrahim Həmidov (56 kiloqram), Rüstəm Novruzov (35 kiloqram), Əhməd Axundov (58 kiloqram) və Əfsun Ağayev (65 kiloqram) öz çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək fəxrı kürsünün ən yüksək pilləsinə sahib olublar.
İdmançıları yarışa IV dan qara kəmər ustaları, məşqçilər Nəzərəli Əliyev və Elşən Buludov hazırlayıblar.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Beynelxalq_turnirde_astarali_idmanchilardan_yeddisi_fexri_kursunun_en_yuksek_pillesine_qalxib-911579

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR