Yunanıstanda yeni islahatlar keçiriləcək

Yunanıstanda yeni islahatlar keçiriləcək
01:44 16 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Yunanıstan parlamenti 1 mlrd avro məbləğində yeni kredit tranşının əldə olunması üçün islahatların ikinci paketinin həyata keçirilməsi haqqında  qanun layihəsinin qəbul olunmasını dəstəkləyib.  APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə “Reuters” məlumat yayıb.

 

Qanun layihəsinin qəbul edilməsinə 153 deputat səs verib, əleyhinə isə 138 nəfər çıxış edib. Hakim koalisiyası qanun layihəsini dəstəkləyiblər.

 

Qanuna əsasən, Avropa Qrupu  dəstəklədikdən sonra 1 mlrd avro məbləğində yeni kredit tranşı artıq dekabrın 18-dək ayrılacaq. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225346

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR