Salatın Əsgərovanın ad günüdür

Salatın Əsgərovanın ad günüdür
01:46 16 Dekabr 2015
43 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın doğum günüdür.

Axşam.az-ın məlumatına görə, Salatın Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirmiş, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. Sonralar jurnalist kimi fəaliyyət göstərib.

1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulub. Nəticədə Salatın Əsgərova amansızcasına qətlə yetirilib.

Ailəli idi, bir oğlu var. Adı Ceyhundur.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 294 saylı fərmanı ilə Əsgərova Salatın Əziz qızına ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adı verilib.

Bakı şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Bakı şəhərində adına bir küçə var. Bakı buxtasındakı gəzinti katerlərindən biri onun adını daşıyır. "Təfəkkür" Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub. Yaxınlığında həlak olduğu Şuşa rayonunun kəndi Salatınkənd adlanır.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42574

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR