Kerri Moskvada Putinə şərt qoydu

Kerri Moskvada Putinə şərt qoydu
02:09 16 Dekabr 2015
71 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna üzrə Minsk sazişləri nə qədər tez icra olunarsa, Rusiya üzərindən sanksiyalar bir o qədər tez götürülər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə  ABŞ dövlət katibi Con Kerri Rusiya prezidenti Vladimir Putinlə danışıqların yekunlarına dair bəyanatında bildirib.

 

“İstərdim həmçinin qeyd edim ki, Ukrayna üzrə Minsk sazişinin icrasına dair lazımi addımlar atılmalıdır və Ukraynada böhranın həlli üçün səylər davam etdirilməlidir. Biz razılıq əldə olunan məsələlər üzrə əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəldik.  Ukrayna üzrə Minsk sazişləri nə qədər tez icra olunarsa, Rusiya üzərindən ABŞ və Aİ sanksiyaları bir o qədər tez götürülər”, deyə  Con Kerri bildirib. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR