İrana qarşı 12 illik nüvə istintaqına xitam verildi

İrana qarşı 12 illik nüvə istintaqına xitam verildi
03:11 16 Dekabr 2015
36 Digər
Ölkə mətbuatı
A- A+

BMT-nin qlobal nüvə müşahidəçisi Beynəlxalq Atom Enerji Agentliyi Tehrana qarşı 12 il davam etmiş “İranın nüvə fəaliyyətinin hərbi potensialları” ilə bağlı araşdırmaya xitam verib.

ANS PRESS-in məlumatına görə, bu BMT nin İrana qarşı sanksiyaları qaldırması üçün çox vacib addım hesab olunur.

Agentliyin yekunlaşmış araşdırmasına görə, İran nüvə silahı yaratmaq istiqamətində 2003-cü ilə qədər bir sıra tədqiqatlar aparıb, 2009-cu ilə qədər nüvə silahı ilə əlaqədar nisbətən kiçik miqyasda aparılıb, lakin 2009-cu ildən bəri belə tədqiqatların aparıldığına dair heç bir fakt ortaya çıxmayıb. Bu bəyanatla Beynəlxalq Atom Enerji Agentliyinin baş direktoru Yukiya Amano çıxış edib.


Yukiya Amano - BAEA direktoru

“Beynəlxalq Atom Enerji Agentliyi İranda yoxlamaları davam etdirəcək, .yaxın zamanda İran bizimlə (Vyana sazişinə) əlavə olan protokollorı imzalayacaq və bununla artıq sərəncamımıza, daha güclü yoxlama alətləri veriləcək. Bu Nüvə məsələsinin olduqca uzun və qarşıq tarixi var. Artıq İranla beynəlxalq ictimaiyyət arasında “ qarşılıqlı etibarsızlıq” irsinə son qoymaq lazımdır”, deyə Yukiya Amano bildirib.

Rəsmi Tehran həmişə gizli nüvə silahı proqramı ilə bağlı iddiaları qəti şəkildə təkzib edib. Məhz Atom Agentliyinin araşdırmasında yer alan məlumatlar iyul ayında Vyanada tarixi nüvə sazişinin bağlanmasına vəsilə olub. İranın xarici işlər naziri Cavad Zərif 12- illik araşdırmaya xitam vermək qərarını alqışlayıb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367367

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR