ABŞ-da 2 günlük müzakirələrə start verilir

ABŞ-da 2 günlük müzakirələrə start verilir
04:06 16 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-da inflasiyanın noyabr ayında sürətlənməsi, ərzaq və enerji qiymətlərinin artımı fonunda Federal Ehtiyat qurumu uçot dərəcəsinin artırılması ilə bağlı 2 günlük müzakirələrə start verib.

ANS PRESS-in məlumatına görə, ABŞ Əmək Nazirliyinə görə ötən ay istehlak qiymətləri 2 faiz artıb. Ardıcıl üçüncü aydır ki, istehlak qiyməti indeksində bu templi artım qeydə alınır.

Əmək bazarının güclənməsini, inflasiya səviyyəsini və digər faktorları nəzərə alan ABŞ Mərkəzi Bankının Federal Açıq Bazar Komitəsi gələcək uçot dərəcələrini müəyyən etmək üçün 2 günlük müzakirələrə başlayıb.

Sabah “Fed”-in uçot dərəcəsini olduğu kimi sıfıra yaxın göstəricidə saxlayacağını və ya artırmağa qərar verəcəyi məlum olacaq. Analitiklərin böyük əksəriyyətinin rəyinə görə, 2 günlük müzakirələrin yekununda “Amerikalı nizamlayıcı” kredit üzrə uçot dərəcələrini qaldıracaq.


Cannet Yallen - Federal ehtiyat sisteminin rəbhəri

Federal ehtiyat sisteminin rəbhəri Canet Yellen özü də bundan əvvəl dəfələrlə monetar siyasətin sərtləşdirilməsi prosesini gecikdirməyin çox təhlükəli olduğunu vurğulayıb. İqtisadi şərhçi Erik Veyqanda görə, bütün diqqətlərin Fed-ə yönəldiyini deyərək, qurumun ilk əvvəl uçot dərəcəsini 0.25 faiz-ə qədər artıracağını, daha sonra isə makroiqtisadi vəziyyəti əks etdirən statistik məlumatlara uyğun şəkildə onu daha çox artıracağını hesab edir.

İstehlak qiymətləri indeksinə əsasən, daşınmaz əmlak sektorunda icarə haqları, mülki aviasiya sektorunda biletlərin qiyməti, bundan başqa yeni istehsal olunan avtomobillərin qiyməti və müayinə-müalicə qiymətləri əhəmiyyətli dərəcədə artıb.

Digər tərəfdən noyabr ayında “əmək birjasında növbəyə duran” daha 211, 000 amerikalı işlə təmin olunub. İşsizlik səviyyəsi son yeddi il yarım ərzində ən aşağı səviyyəyə - 5 faizdən aşağı düşüb.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367375

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR