​Makkeyn: ABŞ-ın müsəlman ölkələrinə təsiri azalır, Vaşinqtona etibar sarsılıb

05:37 16 Dekabr 2015
17 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Səudiyyə Ərəbistanı tərəfindən anti-terror koalisiyasının yaradılması ABŞ-ın müsəlman dünyasına olan təsirinin azalması və onlar tərəfindən Vaşinqtona bəslənən etibarın sarsılmasından xəbər verir.
"Report" xəbər verir ki, bu barədə ABŞ Konqresi Senatının Silahlı Qüvvələrin işləri üzrə Komitəsinin sədri, respublikaçı Con Makkeynin çərşənbə axşamı yayılan bəyanatında bildirilir.
"ABŞ Administrasiyası nümayəndələrinin 34 müsəlman ölkəsindən ibarət anti-terror koalisiyasının formalaşdırılmasından xəbərsiz olması faktı Birləşmiş Ştatların azalmaqda olan nüfuzu və bizim ən yaxın ərəb tərəfdaşlarımızın etibarının sarsıldığını göstərir", - deyə məlumatda bildirilir.
Makkeyn, həmçinin Ər-Riyada ittifaq yaratdığına görə minnətdarlıq edib və Vaşinqtonu onunla əməkdaşlıq etməyə çağırıb.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/makkeyn-abs-in-muselman-olkelerine-tesiri-azalir-vasinqtona-etibar-sarsilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR