Bu gün ABŞ üçün tarixi bir debat keçiriləcək

Bu gün ABŞ üçün tarixi bir debat keçiriləcək
06:36 16 Dekabr 2015
25 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Respublikaçı prezidentliyə namizədlər arasında keçiriləcək sonuncu debatın ən çox dəstəyə malik olan Donalt Trampla Ted Kruzun arasında ciddi toqquşmaya çevriləcəyi gözlənilir.

ANS PRESS-in məlumatına görə, Vaşinqton saatı ilə 21.00-da başlayacaq debat amerikalı milyarder Donald Trampın müsəlmanların ABŞ-a girişinə qadağa qoyulması ilə bağlı qalmaqallı çıxışından sonra iştirak etdiyi ilk debat olacaq.

Onun bu ziddiyyətli planı Ağ Evin, rəqiblərinin və dünya liderlərinin kəskin etirazına səbəb olmuşdu. İctimai sorğulara əsasən Donald Tramp seçkilərin respublikaçılardan olan favoriti olsa da, Texas senatoru Ted Kruz son həftələr kifayət qədər populyarlaşaraq media maqnatına kifayət qədər ciddi təhlükə yaradıb.


Ted Kruz (solda), Donalt Tramp (sağda)

Buna qədər bir-birinə qarşı açıq ittihamlardan çəkinən namizədlər arasında son vaxtlar gərginlik artıb. Radikal müsəlman ər-arvadın Kaliforniyada 14 nəfəri qətlə yetirməsindən 2 həftə sonra keçirilən teledebatda gündəmi milli təhlükəsizlik məsələsi zəbt edəcək.

Siyasi şərhçilərə görə, bu xarici siyasətlə bağlı çıxışlarında bir sıra nöqsanlara yol verən qaradərili respublikaçı namizəd Ben Karson üçün də seçicilərin dəstəyini qazanmaq üçün sonuncu fürsətlərdən biri ola bilər. Praymeriz adlandırılan partiyalar arasında vahid namizədin seçilməsi prosesi fevralın 1-dən etibarən Ayova ştatında start götürür və ştatları “gəzməklə” 4 ay davam edəcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367381

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR