Bu il Yevlax rayonunun Kürboyu ərazilərində 90 hektar yeni meşəlik salınıb

Bu il Yevlax rayonunun Kürboyu ərazilərində 90 hektar yeni meşəlik salınıb
07:08 16 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Yevlax, 16 dekabr, Tahir Ağaməmmədov, AZƏRTAC 
Yevlax rayonunda meşələrin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılır.
Yevlax Rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin meşəbəyisi Ədalət Zeynalov AZƏRTAC-a bildirib ki, 2015-ci ildə rayonun Kürboyu ərazilərində 90 hektar sahədə yeni meşəlik salınıb. Varvara, Qaraoğlan və Cırdaxan meşəbəyliklərində salınan meşələrə əsasən tut, göyrüş, akasiya, meliya ağacları əkilib. 117 hektar meşə sahəsinə mexaniki xidmət göstərilib, 2500 hektarda suvarma işləri həyata keçirilib.
Kökləndirmək üçün 0,5 hektar sahədə 20 min qələm basdırılıb, 2 hektarda (80 min ədəd) sərv, tuya və şam ağaclarından ibarət böyütmə sahəsi yaradılıb. 3 hektar sahədə tinglik səpilib, 735 kiloqram şam, sərv, tuya, göyrüş və ağcaqayın toxumu tədarük edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bu_il_Yevlax_rayonunun_Kurboyu_erazilerinde_90_hektar_yeni_meselik_salinib-911583

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR