Azərbaycan donanması Xəzərdə Rusiyaya qarşı

Azərbaycan donanması Xəzərdə Rusiyaya qarşı
07:56 16 Dekabr 2015
57 Digər
Ölkə mətbuatı
A- A+

Proqnoz:

- Azərbaycan və Qazaxıstan kimi ölkələr əsas hərbi qüvvə təminatçıları olan Rusiyadan asılı olmadan hərbi donanmalarını təkmilləşdirdikcə Xəzər dənizinin təhlükəsizlik arxitekturası dəyişəcək.

- Hərbi donanmaları tam təkmilləşməmiş bu ölkələr hələ ki Rusiyaya qarşı çıxa bilməsələr də, neft və təbii qaz üzrə maraqlarını qoruya biləcəklər.

- Xəzər dənizi ilə sərhəddə yerləşən ölkələr xarici müdaxilədən yayınmaq məqsədilə stabilliyi qorumaq üçün əllərindən gələni edəcəklər.

Təhlil

Dünyanın ən böyük axmaz gölü olan Xəzərin təhlükəsizlik arxitekturası yaxın zamanda dəyişə bilər. Xəzər dənizi ilə sərhəddə yerləşən dövlətlər – Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan – arasında ən güclü hərbi donanma Rusiyaya məxsusdur və Xəzər sularında hərbi fəaliyyət çox vaxt Rusiyanın gücünü əks etdirir. Rusiya burda Moskvada istehsal olunan vasitələrin istifadə edildiyi hərbi təlim və əməliyyatların, demək olar, hamısında iştirak edir.

Ancaq bu vəziyyət dəyişə bilər. Azərbaycan və Qazaxıstan Rusiyadan asılı olmadan öz donanma imkanlarını artırmaqda qətiyyətli görünürlər. Noyabrın 4-ü ölkələr arasında 2016-cı ildə qüvvəyə minəcək ikitərəfli müdafiə əməkdaşlığı haqqında müqavilə imzalanıb. Birgə hərbi-dəniz təlimlərinin keçirilməsinin vurğulandığı müqavilə ilə Azərbaycan Qazaxıstanda keçirilən “KADEX” silah və hərbi texnika sərgisinə dəvət edilir.

Bu müqavilənin imzalanmasının səbəblərindən biri İranın icazəsi ilə Xəzər dənizindən Suriyaya qanadlı raketlər atan Rusiyanın Suriyaya müdaxiləsinin artmasıdır. Belə bir əməkdaşlığın təşkil etdiyi təhlükədən ehtiyatlı davranan Azərbaycan və Qazaxıstan Rusiyadan asılılığa son qoymağa çalışacaqlar.

Əsaslı Maraqlar



Azərbaycan və Qazaxıstanın Xəzər dənizində əsaslı maraqları var: Xəzər neft-qaz resursları ilə doludur. ABŞ-ın Enerji İnformasiya Administrasiyası Xəzər dənizi hövzəsində 48 milyard barrel neft, 8,2 trilyon kubmetr həcmində təbii qaz olduğunu bildirir. Eyni zamanda Rusiyanın əli olmadan Avropanı təbii qazla təmin edəcək Transxəzər qaz kəmərinin yolu da burdan keçir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367387

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR