"Qarabağ" "Sumqayıt"a, "Qəbələ" "Zirə"yə qarşı

"Qarabağ" "Sumqayıt"a, "Qəbələ" "Zirə"yə qarşı
09:22 16 Dekabr 2015
33 İdman
Ölkə mətbuatı
A- A+

Bu gün Azərbaycan Premyer Liqasında XVII turun növbəti qarşılaşmaları keçiriləcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ikinci oyun günündə iki görüş baş tutacaq.

Günün ilk oyunda lider "Qarabağ" autsayderlər qrupunda yer alan "Sumqayıt"ı qəbul edəcək. İlk dövrədəki oyunda gözlənilməz qələbə qazanan "kimyaçılar" bunun təsadüf olmadığını sübut etmək üçün var gücləri ilə oynayacaqlar. Ötən tur "İnter"ə qalib gələn Samir Abasovun yetirmələri bu matça da qələbə əzmi ilə çıxacaqlar. "Qarabağ" isə ilk dövrədəki məğlubiyyətin revanşını almaqla yanaşı, "Zirə" ilə oyunda itirdiyi xalları kompensasiya etmək üçün diqqətli oynayacaq. Son iki turda məğlub olmayan komandalar arasındakı görüşün maraqlı keçəcəyi gözlənilir.
 
Digər qarşılaşmada isə liderlər qrupunda qərarlaşmış iki komanda üz-üzə gələcək. Üçüncü pillənin sahibi "Qəbələ" izləyicisi "Zirə"nin qonağı olacaq. Son oyunlarda istədiyi nəticələri qazana bilməyən Roman Qriqorçukun yetirmələri debütant qarşısında səfər qələbəsi ilə uğurlu seriyaya başlamaq istəyir. "Zirə" isə səfərdə xal aldığı rəqibinə evdə də uduzmaq niyyətində deyil. Əgər bu baş verərsə, Adil Şükürovun yetirmələrinin evdə məğlub olmamaq seriyası da davam edəcək. Qələbə isə onları 2-ci pilləyə yüksəldəcək.
 
Azərbaycan Premyer Liqası
XVII tur
16 dekabr (çərşənbə)

16:30. "Qarabağ" - "Sumqayıt"
Tofiq  İsmayılov adına Suraxanı qəsəbə stadionu
I dövrədəki oyun: 0:1
 

18:30. "Zirə" - "Qəbələ"
Zirə İdman Kompleksinin stadionu
I dövrədəki oyun: 0:0
 

Turnir cədvəli

N

Klublar

O

Q

H

M

T-F

X

1

Qarabağ

16

11

3

2

25-9

36

2

İnter    

17

7

6

4

16-12

27

3

Qəbələ 

16

7

6

3

23-11

27

4

Zirə 

16

6

8

2

15-12

26

5

Neftçi   

16

6

5

5

18-16

23

6

Kəpəz  

16

5

7

4

17-16

22

7

AZAL   

16

4

4

8

9-17

16

8

Sumqayıt

16

3

7

6

18-23

16

9

Xəzər L.

16

3

3

10

10-21

12

10

Rəvan 

17

2

5

10

9-23

11

Bombardirlər: Aleksey Antonov ("Qəbələ"), Riçard Almeyda ("Qarabağ"), Ruslan Qurbanov ("Neftçi") - 6 qol.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR