Tanınmış vəkil vəfat edib

Tanınmış vəkil vəfat edib
09:22 16 Dekabr 2015
47 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanın tanınmış vəkili, Vəkillər Kollegiyasının üzvü Elton Quliyev dünyasını dəyişib.
"Report"un xəbərinə görə, bu barədə vəkil Adil İsmayılov məlumat verib.
A.İsmayılov bildirib ki, mərhum uzun müddətdir xərcəng xəstəliyindən əziyyət çəkirmiş. 
Qeyd edək ki, E.Quliyev 1977-1991-ci illərdə Bakı şəhər Daxili işlər idarəsində və Azərbaycan SSR Daxili İşlər Nazirliyində müstəntiq, baş müstəntiq, İstintaq bölməsinin rəisi, istintaq idarəsinin rəis müavini vəzifələrində çalışıb. 1991-ci ildə öz istəyilə daxili işlər orqanlarından çıxıb öz ixtisası üzrə işləyib. 1996-cı ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

Xəbərin orijinal ünvanı: http://report.az/daxili-siyaset/taninmis-vekil-vefat-edib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR