Hasarı dağıtdı, maşını da qoyub qaçdı - FOTO - VİDEO

Hasarı dağıtdı, maşını da qoyub qaçdı - FOTO - VİDEO
09:37 16 Dekabr 2015
20 Ölkə
Ölkə mətbuatı
A- A+

Kəpəz TV (Region TV) xəbər verir ki, dünən axşam saatlarında Gəncə-Samux yolunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Şəhərin Keçid küçəsindən Samux rayonuna doğru hərəkət edən Gəncə sakini, 27 yaşlı Elşad Verdiyev sükanı arxasında olduğu "Mercedes" markalı avtomobilin idaretməsini itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq, kərpicdən hörülən hasara çırpılıb. Avtomobil yararsız hala düşüb, yüngül xəsarət alan sürücü isə hadisə yerindən qaçıb. Şahidlərin bildirdiyinə görə, qəzaya səbəb avtomobilin yüksək sürətlə idarə edilməsi olub. 

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/390600.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR