​Kəmaləddin Heydərov: "Azərbaycanda son 10 ildə baş verən yanğınlar zamanı 1168 nəfər xilas edilib"

​Kəmaləddin Heydərov: "Azərbaycanda son 10 ildə baş verən yanğınlar zamanı 1168 nəfər xilas edilib"
09:47 16 Dekabr 2015
38 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycanda 10 il ərzində baş verən yanğınlar zamanı 231-i uşaq, 78-i yataq xəstəsi, 37-si əlil olmaqla 1168 nəfər həyat üçün real təhlükədən xilas edilib, 4433 nəfər təhlükəli ərazilərdən təxliyə olunub.
"Report"un xəbərinə görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib.
O qeyd edib ki, baş vermiş yanğınların operativ söndürülməsi nəticəsində 14338 ədəd yaşayış və digər təyinatlı tikililər, o cümlədən 2.629.057 kv.m. tikili sahəsi, təqribən 105 min hektara yaxın meşə sahəsi, 862 min hektara yaxın taxıl zəmisi, 16 min başa yaxın mal-qara yanğından mühafizə olunub: "Açıq sahələrdə, xüsusilə də dağətəyi yamaclarda baş vermiş yanğınların 43 kənd yaşayış məntəqəsinə keçməsinin qarşısı alınıb. Fövqəladə halların və bədbəxt hadisələrin nəticələrinin aradan qaldırılması zamanı 6436 nəfər zərərçəkmiş xilas edilib, 952 nəfər zərərçəkmişə ilk yardım və ya təxirəsalınmaz tibbi yardım göstərilib, 3818 nəfərin hadisə yerlərindən təxliyəsi həyata keçirilib".
K.Heydərov bildirib ki, dalğıc-xilasediciləri tərəfindən nəzarət olunan çimərlik ərazilərində batmaq təhlükəsi ilə üzləşmiş 2466 nəfər və nəzarət olunmayan qeyri-çimərlik ərazilərdə 1446 nəfər olmaqla cəmi 3912 nəfər xilas edilib: "Görülən tədbirlər sayəsində son 5 ildə nəzarət olunan çimərlik ərazilərində suda boğulma halları baş verməyib".
"Fəaliyyətinin hər bir anında ali dövlət qayğısı ilə əhatə olunmuş Fövqəladə Hallar Nazirliyi Azərbaycan xalqının təhlükəsizliyinin etibarlı təminatçısı kimi öz şərəfli missiyasını bundan sonra da var gücü ilə davam etdirəcək", - nazir qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/10-il-erzinde-bas-veren-yanginlar-zamani-1168-xilas-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR