Beynəlxalq olimpiadada iştirak etmək istəyən şagirdlərin nəzərinə

Beynəlxalq olimpiadada iştirak etmək istəyən şagirdlərin nəzərinə
12:18 30 Dekabr 2014
92 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasının Bakı şəhəri üzrə seçim turu gələn il yanvarın 18-də keçiriləcək.

Trend Təhsil Nazirliyinin saytına istinadən xəbər verır ki, təhsil nazirinin müavini Ceyhun Bayramov olimpiadanin keçirilməsi ilə bağlı yeni əmr imzalayıb.

Əmrə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin direktorları “Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsi Qaydaları”ndan dan irəli gələn zəruri tədbirləri həyata keçirməlidirlər.

Əmrlə Məktəblilərin 47-ci Beynəlxalq Kimya Olimpiadasında çıxış edəcək milli komandaya namizədlərin seçilməsinın birinci seçim turunun yüksək səviyyədə təşkili və keçirilməsini təmin etmək məqsədilə Təşkilat Komitəsi də yaradılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR